Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAz TV: Bir neçə gündür ki, İranda 2009-cu ilin prezident seçkisindən sonra yaranan müxalifət tərəfdarlarının etiraz aksiyası keçirilir.
Aksiyalar zamanı ölən, yaralanan, həbs olunanlar var. Misir və Tunisdəki hərəkatı dəstək adı altında keçrilməsi nəzərdə tutulan tədbiri hakimiyyət özünə qarşı çeviridi.
Bunun ardınca İslam Respublikasının (Cümhuriyyət) informasiya vasitələri, eləcə də xaricdə onları himayə etmək istəyənlər yenə öz istəyini və etirazını bildrimək istəyənləri suçlayır.
İş o yerə çatıb ki, ölkənin ali qanunverici orqanında, parlamentdə belə həmin müxalifətin liderlərinin edam edilməsi ilə bağlı məsələ müzakirə olunub. 227 deputatın (millət vəkili) imzaladığı müraicətdə «iğtişaş yaramaqda və onu qızışdırmaq»da suçlanan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin «məhkəməyə cəlb edilmələri» tələb olunur.
Parlamentin sədri Əli Laricani çıxışında ABŞ-ı (Amerika Birləşmiş Ştatları) suçlayaraq, «azadlıqsevərliyinə» görə Vaşinqtonun Tehrana «təzyiq etdiyini» bildirib : «Cənab Musəvi və Kərrubi ABŞ-ın tələsinə düşüb, ona görə də asımalıdırlar».
Deputat Fatimə Rəhbər isə Musəvi və Kərrubinin ünvanına sübutsuz ittihamlar səsləndirib : «Heç şübhəsiz onlar sionistlərdən mənəvi və maddi yardım alıblar. İslam inqilabı bölgədə, o cümlədən Tunis və Misirdə öz bəhrəsini verməyə başladığı bir dövrdə bu adamlar ölkəni hərc-mərcliyə sürükləməklə bu nailiyyəti azalatmağa çalışırlar».
Bu sayaq çıxışlar inqilabın ilk illərini və ondan sonrakı ağır dövrü xatırladır. Onda «İmamın bacıları» insanların üzünə duraraq, çoxlu sayda müxalif düşüncəlilər barəsində hökmlərin çıxarılmasına bais olmuşdular.
Əli Laricani və Fatimə Rəhbərin çıxışlarından göründüyü kimi hakimiyyətin özünü müdafiə təbliğatı əvvəlki illərdən fərqlənmir. Yenə ABŞ, İsrail və onların müttəfiqini bütün ölkədəki bütün etirazlarda«suçlamaq», müxlifləri «sionistlərə» işləməkdə ittiham etmək.
İranyönlülər M.Musəvinin həbs olunması üçün Tehran hakimiyyətinə yeni-yeni ideyalar verirlər. Onlar iddiasına görə, Musəvi ayətulla Xomeyninin əleyhinə çıxışlar edib, onun karikaturası müxaliflərin saytlarında yayımlanır. Bununla da bəhs etdiyimiz müxalifət liderlərinin həbsinin gözələnilən olacağını güman edirlər.
Tehran hakimiyyəti köhnəlmiş daha bir üsuldan «müxalifət əlehdarlarının» «etiraz» çıxışından yararlanır. «Frans Press»in məlumatına əsasən, İran rejimi bu həftənin cümə günü müxalifət liderlərinə qarşı yürüş keçirməyi planlaşdırır.
Aksiya İslam təbliğatı əlaqələndirmə şurası tərəfindən təşkil olunacaq. Bu qurum bir qayda olaraq, hakimiyyət tərəfindən bəyənilən tədbirlərə təşkilatçılıq edir.
Onlar bununla bağlı bildiriş də yayıblar : «Tehran əhalisi cümə namazından sonra ara qızışdıranlara qarşı qəzəb və nifrətini bildirmək üçün yürüş keçirəcək».
Iranın baş prokuroru, Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni- Ejei isə hadisələrdən qabaq «fitnəkarların» cəzalandırılmasını bəyan edirdi. Ötən öün o, jurnalistlərə açıqlamasında müxalifətin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə qarşı sərt bəyanatlar səsləndirib : «Fitnə başçılarının son günlər baş verənlərlə bağlı davranışını heç cür bağışlamaq olmaz. Onlar ölkənin əsas düşmənləri - ABŞ və sionist rejimlə əməkdaşlıq edərək, böyük cinayətin iştirakçısı olublar. Onlar ölkə düşmənləri ilə səs-səsə verərək cinayət törədiblər. Bu şəxslər qəti şəkildə mühakimə olunaraq, öz cəzalarına çatacaqlar. Çünki onlar xalqı yenidən qiyama, küçələrə çıxaraq, ölkədəki sabitliyi pozmağa və hökumət əmlakını yandırmağa çağırıblar».
Bu yaxın zamanlarda M.Kərrubi və M.Musəviyə qarşı cinayət işinin açıla biləcyi ehtimalını artırır.
Güney Azərbaycandan etiraz səsinin çıxmaması Tehran hakimiyyətini rahatsız etməkdədir. İranın ali rəhbəri ayətulla Xamneyi az qala vəziyyəti «yerində dəyərləndirmək» üçün təbrizə səfər edib. O, bu ziyərətini 1979-cu ildə Təbriz əhalisinin şah rejminə qarşı kütləvi etiraz aksiyası ilə əlaqələndirsə də Misirdə baş verənlərdən özünü saxlaya bilməyib: «Bu günlərdə Misirdə baş verən, prezident Hüsnü Mübarəkin istefası ilə nəticələnən hadisələr bu ölkədəki islami oyanışın və xalqın uzun illər təhqir olunmasının nəticəsidir. Amerikaya və sionist rejimə bağlı olan Misir hakimiyyətinin uzun illər xalqı zillətə və təhqirə məruz qoyması, nəhayət, xalqı boğaza yığdı və bu gözlənilməz olayların meydana çıxmasına gətirib çıxardı. Bu gün Amerika çalışır ki, Misir xalqının hərəkatını yolundan yayındırsın və Misir xalqını bəzi cüzi nailiyyətlərə qane etməklə insanları öz evlərinə qayıtmağa razı salsın. Lakin bu hiylələrin artıq oyanmış və öz gücünə inanmış Misir xalqına təsir edə biləcəyini güman etmirəm».
Ayətullah Xamneyinin bu sayaq çıxışına Misir “Müsəlman qardaşlar” cəmiyyətinin rəhbəri Məhəmməd münasibət bildirərək, demişdi: «Cənab Xamneyi bilməlidir ki, Misir inqilabı islami deyil, xalq inqilabıdır. Çünki bu inqilabda, etiraz aksiyalarında müsəlman əhali ilə yanaşı, ölkənin başqa təbəqə və zümrələri, o cümlədən xristianlar (məsihilər) da fəal iştirak edir».
Misir prezidenti Hüsnü Mübarək hakimiyyətinə müxalif olan 12 partiya olaylar zamanı birgə bəyanat yayaraq, İran İslam Respublikasının rəhbərliyini ittiham edərək bildirmişdi: «İran hakimiyyəti öz zahirini bəzəmək üçün islamdan sui-istifadə edir.Onlar Misirdə fitnə-fəsad yaymağa çalışır». İranın Misirin daxili işlərinə qarışmasını məhkum edən birgə bəyanatı «Əlcil», «Yaşıllar», Azad Respublika, Demokrat, Sabah, İttifaq, Mühafizəkarlar, Sosialist Ərəb Misir, Azad İnsanlar, Misir Gəncləri, Millət və Sülh partiyaları imzalamışdılar.
İran hakimiyyəti Afrikanın Şimalında baş verən olaylarda «oyundan kənar»vəziyyətdə qalıb. Ora can atmağa çalışır. Ancaq Tehran rejiminin mahiyyətini yaxşı başa düşənlər onu bir daha çətin ki yaxına buraxsınlar.
Müxalifətə qarşı etiraz edənlərə və deputatlara gəldikdə isə onların da kimliyi hər kəsə bəllidir. Demokratik cəmiyyətlərdə heç vaxt müxalifətin etirazına «etiraz aksiyası»təşkil edilmir. İran İslam Respublikasında bir qrupun hakimiyyəti mənimsədiyi sirr deyil. O, parlamentin üzvlərinin çoxu əvvəlllər inqilab keşikçiləri qvardiyasında xidmət edib. Bu baxımdan 227 deputatın yuxarda qeyd etdiyimiz bəyanatı verməsində qeyri-dai bir nəsnə yoxdur. Bu şəxslər xalqın iradəsinə zidd olaraq, hakimiyyəti qanunsuz olaraq, ələ keçirmişlərdir.
Susub, başqa şəkildə davransa idilər, onlardan şübhələnmək olardı. Cümə nazamazından sonra müxalifətə qarşı «etiraz aksiyası keçirənlərin» də sosial tərkibi bəllidir - bunlar hakimiyyətin universitetlərdəki təhlükəsizlik qurumlarına bağlı tələbələr, bir də qvardiyanın (sipahın) əsas kadr bazası, bəsiclər. Cümə günü onlara bir komanda veriləcək : «Cümə namazından sonra yürüşə!» Çünki neçə illərdir cümə namazlarına da adi insalar getmir. Hakimiyyətin bu tədbiri də bəsiclərin sayəsində gerçəkləşir.
Odur ki, Tehran hakimiyyətinin bu sayaq yolla beynəlxalq ictimaiyyətin gözünə kül üfürmə cəhdi gülünc görünür. Sədrəddin Soltan
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib