SON XƏBƏRLƏR

Con Makkeyn İrandakı rejimi dəyişməyə çağırdı

2021.10.20, 07:36
Con Makkeyn İrandakı rejimi dəyişməyə çağırdı

Gunaz.tv

GünAz TV: ABŞ  (Amerika Birləşmiş Ştatları) senatoru Con Makkeyn “Amerikanın səsi” radiosunun fars bürosuna müsahibəsində İrandakı rejimi dəyişməyə çağırıb.

Con Makkeyn bunu İran rejiminin zülmkarlığı və qəddarlığı ilə əlaqələndirib.

“Twitter” tipli sosial şəbəkələrin İran müxalifətinə təşkilatlanmaq işində kömək edəcəyini və hökuməti dəyişmək prosesində onlara yardımçı olacağını vurğulayan senator qeyd edib ki, Amerika Birləşmiş Ştatları İran müxalifətini dəstəkləməlidir. Con Makkeyn ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanı İran hökuməti ilə danışıqlar aparmağa calışdığı üçün tənqid də edib.

Bugünlərdə Barak Obama bildirmişdi ki, ABŞ İranda və regionun (bölgənin) digər dövlətlərində hadisələrin gedişinə hökm edə bilməz, amma ən yaxşı həyat üçün mübarizə aparanlara mənəvi dəstək göstərə bilər.

 

Con Makkeyn ABŞ-da 2008-ci ildə keçirilən prezident seçkisində Barak Obamanın Respublikaçılar (Cümhuriyyətçilər) Partiyasından rəqibi olub. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar