SON XƏBƏRLƏR

Qəddafi də güzəştə getməli oldu

2021.10.20, 07:36
Qəddafi də güzəştə getməli oldu

Gunaz.tv

GünAz TV: Liviyanın (Libinin) uzun müddətdir hakimiyyətdə olan lideri Müəmmar Qəddafinin hökuməti vaxtilə onu devirmək cəhdində günahlandırılan qrupun 110-dək döyüşçüsünü həbsdən azad etməklə ölkədə baş qaldırmış narazılığı yatırmağa çalışıb.

 

Vaxtilə "Əl-Qaidə" qruplaşması ilə əlaqələrdə şübhəli bilinən Liviya İslam Döyüşçü Qrupunun cəmi 30 nəfəri həbsdə qalıb. Liviya liderinin oğlu Seyf əl-İslam Qəddafinin irəli sürdüyü bu təşəbbüs sülh planının bir hissəsidir.

 

Hökumət, həmçinin dövlət sektorunda çalışan işçilərin əmək haqqlarının 100 faizədək artırılmasını təklif edib (ANSPRESS). Anti-hökumət fəalları isə "Facebook" və "Twitter" sosial şəbəkələri ilə xalqı bu gün Müəmmar Qəddafinin istefası, Konstitusiyanın (Anayasa) yaradılması, əsaslı siyasi və iqtisadi islahatların keçirilməsi tələbləri ilə nümayişlərə çağırıb.

 

Qeyd edək ki, Müəmmar Qəddafi 1969-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib və o zamandan seçilmiş parlament və ya konstitusiya olmadan ölkəni idarə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar