SON XƏBƏRLƏR

Tehran rejimi müxalifətin təbliğat kanallarını kəsməyə hazırlaşır

2021.10.20, 07:36
Tehran rejimi müxalifətin təbliğat kanallarını kəsməyə hazırlaşır

Gunaz.tv

GünAz TV: İran hakimiyyəti müxalifətin bəyanatlarla çıxış etməsini qanunla qadağan etməyə hazırlaşır.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin məhkəmə sisteminin rəhbəri, ayətullah Sadıq Laricani deyib. O bildirib ki, müxalifət liderlərinin öz bəyanatlarını yaydığı bütün kanallar kəsiləcək və bu məqsədlə “ədalətli və qanuni sistem” işlənib hazırlanacaq: “Bu sistem qurulanadək İran xalqı öz səbrini qorumalı və ayıq olmalıdır”.

 

Qeyd edək ki, fevralın 18-də (bəhmənin 29-u) Tehranda müxalifətə qarşı etiraz mitinq keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar