SON XƏBƏRLƏR

Etiraz dalğası Liviyaya da sıçradı

2021.10.20, 07:36
Etiraz dalğası Liviyaya da sıçradı

Gunaz.tv

GünAz TV: Yüzlərlə liviyalı (Libili) ölkənin ikinci ən iri şəhərində nümayiş keçirərək ölkə liderləri əleyhinə şüarlar hayqırmış və polislə toqquşmuşdur.

GünAz TV mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə, Liviyadakı nümayişlərin Tunis və Misirdə baş verən xalq üsyanlarından ilham aldığı deyilir.  Sosial media vasitəsilə bir araya gələn müxalifət fəalları Benqazidə toplaşmış və diktator Müəmmər Qəzzafini kəskin tənqid etmişlər. Etirazçılar polisi daşa basmış və polis kütləyə rezin güllələrlə atəş açmışdır.  Xəstəxana rəsmiləri azı 38 adamın yaralandığını xəbər verir.Şahidlər etiraz aksiyalarının 1996-cı ildə Əbu Səlim həbsxanasında atışmanın qurbanlarını müdafəiə edən insan haqları müdafiəçisinin həbs olunmasından sonra baş qaldırdığını deyirlər.  Liviyanın dövlət mediası isə paytaxt Tripoli və Benqazidə hökumət lehinə nümayişlərin keçirildiyini xəbər verib.Liviya lideri Müəmmər Qəzzafi 1969-cu ildə Qərbin dəstəklədiyi kralı devirəndən bəri hakimiyyətdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar