SON XƏBƏRLƏR

Abdullah Gül Təbrizdə “Qan qanı çəkir” dedi

2021.10.20, 07:36
Abdullah Gül Təbrizdə “Qan qanı çəkir” dedi

Gunaz.tv

GünAz TV: Dünən Təbrizdə bulunan qardaş ölkə Türkiyə Prezidenti Abdullah Gül yerli türklərə "Qan qanı çəkir" dedi.

Prezident Gül Türkiyənin Təbriz Baş konsulu Yunus Belet tərəfindən düzənlənən ziyafət məclisində  Təbrizdə yaşayan Türkiyə vətəndaşları ilə də bir araya gəlib.

 

Ziyafət məclisində çıxış edən Gül Təbrizdə görən ilgidən duyğulanaraq, “Qan qanı çəkir” deyib. ‘Türkiyədən sizə salam gətirmişəm’ deyimi ilə çıxışa başlayan Gül Tehrandakı rəsmi görüşləri ilə bağlı məlumat verib. O İsfahan və Təbrizdə bulunduğundan çox məmnun qaldığını xüsusi vurğulayıb.

 

Prezident Gül Təbriz ilə Türkiyə arasındakı əlaqələrin tarixin dərinliyinə uzandığını bildirərək, 1921-ci ildən bəri Türkiyənin Təbrizdə Baş Konsulluğunun olduğunu buna sübut kimi göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar