SON XƏBƏRLƏR

İranda həbslərin yeni dalğası başlayıb

2021.10.20, 07:36
İranda həbslərin yeni dalğası başlayıb

Gunaz.tv

GünAz TV: Son günlərdə Tehranda keçirilmiş aksiyalarda güllə yarasından həlak olmuş kürd əsilli tələbə Sane Jalənin qardaşı  və bir neçə keçmiş millət vəkili həbs olublar.

İranda sabiq prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə Parlament üzvü olmuş iki sabiq deputat həbs olunub. Onlardan biri Əhməd Həkimipur, digəri Urmiyadan deputat (millət vəkili) seçilmiş xanım Şəhrbanu Əmanidir. Bu barədə Trend İranın parlemannews.ir saytına istinadən məlumat verir.

Fevralın 14-də keçmiş deputat Yədullah İslami də həbs olunmuşdu.

Məlumatda həbs edilmiş sabiq deputatların nədə ittiham olunduqları göstərilməyib.

Müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubi İran xalqını Misir və Tunis inqilablarını dəstəkləmək üçün aksiyaya dəvət edib. Fevralın 14-də keçirilən aksiyalarda 2 nəfər güllə yarasından həlak olub. Müxalifətin rəsmi /kaleme.com/ saytının məlumatına görə, Şiraz və İsfahan şəhərlərində küçələrə 1000-dən artıq nümayişçi çıxıb, polis mitinq iştirakçılarını qovmağa cəhd edib. İran KİV-in məlumatına əsasən, aksiyada 9 polis nəfəri də yaralanıb.

Həmçinin İranda fevralın 14-də Tehranda keçirilmiş aksiyalarda güllə yarasından həlak olmuş kürd əsilli tələbə Sane Jalənin qardaşı  Qane Jalə həbs olunub.

Məlumatda deyilir ki, Qane Jalənin həbs edilməsinin səbəbi onun "Amerikanın səsi"nə müsahibəsində həlak olmuş qardaşının müxalifətçi və "Yaşıl hərəkat" davamçısı olduğunu, "Bəsic"-in (Sepah korpusunun "Bəsic" könüllülər qüvvələri) üzvi olmadığını deməsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar