SON XƏBƏRLƏR

Təbriz əhalisi Qardaş Ölkənin prezidentinə böyük ilgi göstərdi (Video Görüntü)

2021.10.20, 07:36
Təbriz əhalisi Qardaş Ölkənin prezidentinə böyük ilgi göstərdi (Video Görüntü)

Gunaz.tv

GünAz TV: Dünən fevral ayının 16-da (bəhmənin 27-i) Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərində bulunan Qardaş Ölkənin prezidenti layiqincə qarşılandı.

 

Təbriz əhalisi ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) minbir qabaqlayıcı tədbirinə rəğmən Qardaş Ölkənin doğma prezidenti sayın Abdullah Gülə alqış, sevgi və sayqılarını yağdıra bildilər.

 

Prezident Gül yerli vaxtla saat 30:15-də Təbriz Valiliyini (ostandari) cami məscidinə doğru tərk edib. 400 metrlik yol İranın Təhlükəsizlik Qüvvələri və sivil məmurlarının nəzarəti altında olub. Prezident Gül və onu müşayiət edən heyət üzvləri bu qısa yolu keçərkən yol ətrafında bulunan sadə insanların diqqətini çəkiblər. Soydaşlarımız Abdullah Gül və onu müşayiət edən heyəti tanıyınca Ali qonağı sevinclə qarşılayıb və müxtəlif şüarlar səsləndiriblər.

 

Soydaşlarımız “Türkiyə - Azərbaycan”, “Yaşasın Türkiyə - Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə” kimi milli şüarlar səsləndirib və bozqurd işarətləri göstəriblər. Abdullah Gül isə dəfələrlə ətrafdakı insanlara əl sallayıb. Baxmayaraq ki soydaşlarımız hazırlıqsız imişlar ancaq qısa zamanda sayıları artıb. Bu artımı görən İran Təhlükəsizlik Qüvvələri həmən sayın Abdullah Gülü aradan çıxardıb və əhalinin gözündən uzaqlaşdırmağa çalışıblar.

 

Əhali Türk heyəti ilə birlikdə Məscidə getmək istəyiblər, ancaq Təhlükəsizlik Qüvvələri xüsusi ilə SEPAH (Islam İnqilabı Keşikçilər Korpusu) üzvləri buna imkan vermiblər.

 

Ali qonaq Təbrizin tarixi yerlərini gəzib. Öncədən nəzərdə tutulan proqrama görə, Təbriz bazarı da qonaq heyət və prezident tərəfindən ziyarət olunmalı idi. Ancaq Təbriz Bazarı ziyarəti sonradan ibtal edilir. Buna səbəb İran rejiminin Bazar əhalisinin prezident Gülə göstərə biləcəyi ilgi ilə bağlı olub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar