SON XƏBƏRLƏR

Abdullah Gül Təbrizdə olub

2021.10.20, 07:36
Abdullah Gül Təbrizdə olub

Gunaz.tv

GünAz TV: Türkiyə prezidenti Abdullah Gül İrana rəsmi ziyarətinin son günündə Azərbaycan əsilli türklərin sıx yaşadığı Təbriz şəhərinə gəlib.

Türkiyə dövlət başçısı A. Gülü hava limanında Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əli Rza Beygi, Türkiyənin Təbriz Baş konsulu Yunus Belet və yerli rəsmilər qarşılayıb. Türkiyə dövlət başçısına yerli milli geyimdə olan Azərbaycan əsilli qızlar bir dəstə gül təqdim ediblər. Qeyd edək ki, Abdullah Gül ilə birlikdə Təbrizə dövlət naziri Cevdet Yılmaz, millət vəkilləri, İrana sərhəd olan şəhərlərin valiləri, elm adamları və iş adamlarının daxil olduğu heyətlə səfər edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar