SON XƏBƏRLƏR

İranda daha iki nəfər edam olunub

2021.10.20, 07:36
İranda daha iki nəfər edam olunub

Gunaz.tv

GünAz TV: İranın Sənəndəc şəhərində 2 nəfər narkotik (məvadde moxədder) qaçaqmalçısı edam olunub. Bu barədə Trend İranın FARS agentliyinə istinadən məlumat verib.

 Məlumata əsasən, Sənəndəc şəhər prokrorluğu bildirib ki, həmin şəxslər narkotik alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar. İki nəfər narkotik qaçaqmalçısı bu gün səhər Sənəndəc şəhərinin mərkəzi həbsxanasında edam olunub.

Son bir ay ərzində İranda narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə 60 nəfər edam olunub.

BMT (Sazemane meləle mottəhed) və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalardan (amardan) daha çoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar