SON XƏBƏRLƏR

Tehranda yürüşdə öldürülən iki aksiyaçının kimliyi müəyyənləşib

2021.10.20, 07:36
Tehranda yürüşdə öldürülən iki aksiyaçının kimliyi müəyyənləşib

Gunaz.tv

GünAz TV: İran müxalifətinin fevralın 14-də (bəhmənin 25-i) paytaxt Tehranda keçirdiyi yürüşdə həlak olan 2 aksiyaçının kimliyi bilinib.

Güllə yarasından həlak olanlardan biri Tehran İncəsənət Universitetinin kürd tələbəsi Sane Jalə, digəri 22 yaşlı Məhəmməd Muxtaridir. Sane Jalə yerindəcə həlak olub, Məhəmməd Muxtari isə xəstəxanaya çatdırıldıqdan az sonra ölüb.

İran tələbə hərəkatının ən böyük təşkilatı sayılan Vəhdəti Möhkəmləndirən Qurum fevralın 15-də bəyanat yayaraq hakimiyyətin müxalifət tərəfdarı Sane Jalənin cənazə törənini təşkil etmək niyyətinə, onu öz tərəfdarı kimi qələmə verməyə cəhd göstərməsinə kəskin etiraz bildirib.

Son məlumatlarda fevralın 16-da Sane Jalənin cənazə törəninə qatılan, müxalifət liderlərinə qarşı şüarlar səsləndirən “Bəsic” (hakimiyyət tərəfdarı könüllülər dəstəsi) təşkilatı üzvləri ilə müxalif tələbələr arasında qarşıdurma yaranıb. Müxalif tələbələr hakimiyyətin Sane Jaləni bəsici kimi qələmə verib onun meyitindən müxalifətə qarşı təbliğat vasitəsi kimi istifadə etməsinə qarşı çıxıblar. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar