SON XƏBƏRLƏR

İranda yeni toqquşmalar başlayır

2021.10.20, 07:36
İranda yeni toqquşmalar başlayır

Gunaz.tv

GünAz TV: İranda hazırkı hakimiyyətin tərəfdarları ilə əleyhdarları arasında toqquşma başlayıb. toqquşmaların davam etdiyi bildirilir.

 

Toqquşma iki gün öncə keçirilən mitinq (yürüş) zamanı həlak olmuş müxalifət tərəfdarı Sani Salehin dəfn mərasimində baş verib. Dəfnə toplaşmış tələbələrlə hakimiyyət tərəfdarları arasında toqquşma bu dəqiqələrdə davam edir. Bu barədə Milli.Az «Reuters»ə istinadən xəbər yayıb.

 

Qeyd edək ki, müxalifət mərhumun İran polisi tərəfindən qətlə yetirildiyini bildirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar