SON XƏBƏRLƏR

Müxalifət liderləri xalqa müraciət ediblər

2021.10.20, 07:36
Müxalifət liderləri xalqa müraciət ediblər

Gunaz.tv

GünAz TV: İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi ayrı-ayrılıqda xalqa müraciət edərək müxalifətin Tunis və Misir xalqlarının inqilabına dəstək vermək məqsədilə fevralın 14-də (bəhmənin 25-i) keçirdiyi dinc yürüşün hakimiyyətin zorakılığına məruz qalmasından təəssüfləndiklərini bildiriblər.

 

Sözügedən aksiya paytaxt Tehranda və İranın başqa iri şəhərlərində keçirilib və qanlı qarşıdurmalarla yekunlaşıb. Hüquq mühafizə qüvvələri əməkdaşlarının odlu silahdan açdığı atəş nəticəsində ən azı 2 aksiyaçı həlak olub, bir neçə nəfər bədən xəsarəti alıb, 1500 nəfərə yaxın aksiyaçı isə tutulub. Qarşıdurmalar zamanı bir neçə polis də xəsarət alıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı  məlumata görə, 14 fevral yürüşünün təntənəli keçirildiyini bildirən Musəvi həlak olanlarla bağlı xalqa başsağlığı verib: “Cəmiyyətdəki qəhrəman qadın və kişilərin iştirakı ilə iqtidarçılarla bədxahların gözü qabağında keçirilən bu yürüş böyük xalqımızın və “yaşıl hərəkat”ın uğuru sayılır. Bu yürüş iki tərəfdən hücuma məruz qaldı. Bir tərəfdən gözlərini vəzifə, kreslo (tac o təxt) var-dövlətə dikmiş hakimiyyətdəkilərin hücumuna, digər tərəfdən isə öz mənafeləri üçün bulanıq suda balıq tutmağa cəhd göstərən bəzi əcnəbi və beynəlxalq qüvvələrin hücumuna. Hər ikisi də bizim hərəkatımızı sionizmə və Amerikaya bağlayır. Halbuki bizim ən böyük iftixarımız İrandakı “yaşıl hərəkat”ın müstəqilliyi və öz gücünü xalqdan almasındadır”.

 

Mehdi Kərrubinin müraciətində deyilir: “Təəssüflər olsun ki, xalqın dinc yürüşü bir daha hakimiyyətdəki müəyyən qüvvələrin hücumu və zorakılığına məruz qaldı. Nəticədə yürüşə qatılan bir neçə günahsız insan həlak olub, bir qismi yaralanıb, çoxlu sayda insan isə tutulub.

 

Mən xalqla bağladığım əhdə sadiq qaldığımı bildirərək elan edirəm ki, heç bir təhdiddən qorxmur, İran islam inqilabının ilkin ideyaları gerçəkləşənə qədər xalqın hüququ uğrunda mübarizəmi davam etdirəcəm. Mən xalqın sıravi əsgəriyəm və bu yolda hər şeyi qurban verməyə hazıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar