SON XƏBƏRLƏR

“Dünya Ana Dili Günü” ərəfəsində İran hakimiyyətinin gizli tədbiri

2021.10.20, 07:36
“Dünya Ana Dili Günü” ərəfəsində İran hakimiyyətinin gizli tədbiri

Gunaz.tv

GünAz TV: İran hakimiyyəti yalnız Tehranda Yaşıl Hərəkatçılara qarşı deyil, Təbrizdə Milli Hərəkatçılara da diqqət ayırmalı olub.

 

Son 3 gün ərzində İran Təhlükəsizlik Qüvvələrinin  İğtişaşa qarşı özəl dəstələrinin sayı Təbrizin tikilməkdə olan Metro ətrafı,  Universitet çevrəsi, mərkəzi yerlər və ... kimi məntəqələrində artmaqdadır. Onlar görünməməyə çalışıb və mümkün qədər gizli yerlərdə pinhan olurlar və bununlada əhalini təhrik etməməyə çalışırlar.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci” saytına istinadən yaydığı məlumata görə, Təbrizin Öyrənci Fəalları inanırlar ki, rejimin bu kimi gizli tədbirləri Dünya Ana Dili Günü (21 fevral – 2 isfənd) ilə bağlıdır.

 

Yaşıl Hərəkatçıların yeni etiraz dalğası ilə üzləşən İran rejiminin Dünya Ana Dili Günü münasibəti ilə azərbaycanlıların kütləvi etirazından vahiməyə düşməsi təbii qəbul olunmalıdır. Məhz buna görə, rejim hər il bu vəya başqa şəkildə tədbirlərə əl atmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar