SON XƏBƏRLƏR

Ayətullah Zəncaninin oğlu və qızı tutuqlanıb

2021.10.20, 07:36
Ayətullah Zəncaninin oğlu və qızı tutuqlanıb

Gunaz.tv

GünAz Tv Ayətullah Bayat Zəncaninin oğlu və qızı İranda Etiraz Aksiyaları keçirilən günü (14 fevral - 25 bəhmən) tutuqlanıblar.

Azərbaycanlı ayətullahın övladları (Mustafa və Susən Bayat) öz bacılarının evindən Quma qayıdarkən İran Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıblar. Onlar Sadiqiyyə metrosuna yaxın bir yerdə, Təhlükəsizlik Qüvvələrinin etirazçılara hücumu zamanı kütləvi yaxalanan etirazçıların arasında olublar.

 

Məlumata görə, Ayətullahın övladları artıq Evin zindanına köçürülüblər.

 

Ayətullah Zəncani övladlarının qanı başqalarından daha rəngli olmadığını bildirib və onların azad edilməsi üçün xüsusi tapşırığa əl vurmayacağınıda vurğulayıb.

 

Xatırladaq ki, ayətullah Zəncani Azərbaycanlıdır. O Azərbaycanın milli hüquqları, Ana dili və Dağlıq Qarabağla bağlı müsbət mövqedə dayanan soydaşlarımızdan biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar