SON XƏBƏRLƏR

İranda Etiraz Yürüşləri davam edəcək

2021.10.20, 07:36
İranda Etiraz Yürüşləri davam edəcək

Gunaz.tv

GünAz TV: Küçələrə çıxan insanlar azadlıq və demokratiya tələb ediblər.

İran müxalifətinin liderlərindən biri, sabiq baş nazir Mirhüseyn Musəvinin müşaviri Ərdəşir Əmir Ərcüməndin dediyinə görə, İran müxalifətçilərinin aksiyaları (etiraz yürüşləri) bundan sonra da davam edəcək. Bu barədə Milli.Az xəbər portalı "Azadlıq" radiostansiyasının fars redaksiyasına istinadən xəbər yayıb.

"Tehrandakı hakim rejim ölkədə azad, ədalətli və sağlam  bir seçkinin keçirilməsi istəyinə, xalqın öz müqəddəratını azad təyin etmək hüququna boyun əyməlidir. Fəqət hakimiyyət dairələri dinc aksiyaçılarının nümayişlərini boğması, onların yürüşlərini dağıtmaları və xalqa qarşı qəddarlıqla zorakılıq tətbiq etməklə bir daha göstərdilər ki, bu adamlar ötən il İranda, indi isə Yaxın Şərqdə və ərəb ölkələrində baş verənlərdən dərs almayıblar", - Ərcümənd deyib.

Onun sözlərinə görə, İran hakimiyyəti xarici və daxili siyasətdə dalana dirənib.

"Ümid etmək istərdik ki, İrandakı mövcud hakimiyyət indiyədək yürütdüyü siyasətdən əl çəkəcək, ölkədə qanlı qarşıdurmalar və zorakılığın hökm sürməsinə rəvac verəcək şərait yaratmayacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar