SON XƏBƏRLƏR

Ayətullah Saneyi: “Bu gün ölkədə şahidi olduğumuz istibdadın tarixdə misli görünməyib”

2021.10.20, 07:36
Ayətullah Saneyi: “Bu gün ölkədə şahidi olduğumuz istibdadın tarixdə misli görünməyib”

Gunaz.tv

GünAz TV: İranın müxalif ruhanilərindən olan ayətullah Yusif Saneyi siyasi nədənlərlə tutulmuş tələbələrin ailə üzvləri ilə görüşündə ölkədəki repressiyaları (sərkubları) pisləyib.

Ayətullah Saneyi deyib ki, hakimiyyətdəkilər öz mənafelərini qorumaq, dinc müxaliflərini əzmək üçün dindən geniş şəkildə sui-istifadə edirlər: “Bu gün ölkədə şahidi olduğumuz istibdadın tarixdə misli görünməyib. Bu istibdad nə Allah tanıyır, nə peyğəmbər, nə siyasət, nə də tələbə.

 

Məgər siyasi məhbusların ailələri yazıq deyillər? Məgər övladlarına zindanlarda işgəncə verdiyiniz məhbus ailələrinin ürəyi yoxdur? Məgər bacısı oğlunu şəhid etdiyiniz Mirhüseyn Musəvinin ürəyi ağrı içində deyil? Məgər son prezident seçkisinin rəsmi nəticələrinə qarşı etirazlarda uşaqlarını şəhid etdiyiniz ailələr dərd içində deyil? Axı bu nə siyasətdir ölkədə gedir?” Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar