SON XƏBƏRLƏR

Vaşinqtondan İrandakı etirazçılara açıq dəstək

2021.10.20, 07:36
Vaşinqtondan İrandakı etirazçılara açıq dəstək

Gunaz.tv

GünAz TV: Amerikanın dövlət katibi Hillari Klinton bildirib ki, "Etirazçıların istəklərini açıq şəkildə dəstəkləyirik"

GünAz TV: Fevralın 14-də Tehran və bir neçə başqa şəhərlərdə hökumət əleyhinə mitinqlərə (təzahuratlara) çıxan İran müxalifətinə ABŞ-dan (Amerika Birləşmiş Ştatlarından) çox yüksək səviyyədə açıq dəstək ifadə olunub. ABŞ-ın dövlət katibi Hillari Klinton açıqlama verərək aksiyaları müdafiə edib.

Klinton bildirib ki, nümayişlər İran xalqının cəsarətini və Misirdəki hadisələri dəstəkləyən açıqlamalar verən İran rejiminin ikiüzlülüyünü ortaya qoydu.

ABŞ dövlət katibi İran xalqının da Misirdə tələb edilənlər kimi eyni azadlıqlara layiq olduğunu vurğulayaraq deyib ki, Obama administrasiyası İranda meydanlara çıxan etirazçıların istəklərini açıq şəkildə dəstəkləyir. Azadlıq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar