SON XƏBƏRLƏR

Azərbaycanda narkotikə görə tutulan xaricilərin əksəriyyəti İran vətəndaşlarıdır

2021.10.20, 07:36
Azərbaycanda narkotikə görə tutulan xaricilərin əksəriyyəti İran vətəndaşlarıdır

Gunaz.tv

GünAz TV: Son 3 ildə Azərbaycanda narkotiklə (məvadde moxədder) bağlı cinayət məsuliyyətinə cəlb olunan əcnəbi (xarici) vətəndaşların böyük hissəsi  İran vətəndaşları olub.

 Azərbaycan tərəfi İranın hakimiyyət orqanları ilə münasibətləri ən yüksək səviyyədə quraraq narkotiklərə (məvadde moxədder) qarşı birgə mübarizə aparmağa çalışsa da, son 5-6 ildə baş verənlər göstərir ki, İran tərəfi bu məsələdə çox da böyük həvəslə əməkdaşlıq etmir.

Bu barədə «APA-ECONOMICS»ə «Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd idarəçiliyi sistemlərinə dəstək» layihəsinin Azərbaycan üzrə meneceri (müdir) Məzahir Əfəndiyev bildirib.

Onun sözlərinə görə, iki ölkənin dövlət qurumları, o cümlədən Daxili İşlər nazirlikləri arasında müvafiq razılaşmalar olsa da, onlar zəif icra olunur: “Nəticəsində Azərbaycana xaricdən gətirilən narkotik maddələrin 80%-i İrandan keçirilməklə gətirilir. Son 3 ildə Azərbaycanda narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb olunan əcnəbi (xarici) vətəndaşların böyük hissəsi də İran vətəndaşları olub. Təkcə 2010-cu ildə Azərbaycanda 50-dən artıq İran vətəndaşı narkotik maddələrin ölkəyə qeyri-qanuni keçirilməsi və bu kimi cinayətlərdə təqsirləndirilərək həbs edilib: «Bu da ondan xəbər verir ki, dəfələrlə bu istiqamətdə aparılan işlərə baxmayaraq, bu sahədə narkotik statistikası (amarı) azalmayıb».

M.Əfəndiyev bildirib ki, İran ərazisindən gətirilən narkotiklərin bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərinə daşınır, bir hissəsi burdan Gürcüstan ərazisi vasitəsilə Avropaya aparılır, bir hissəsi isə burda kustar üsulla hazırlanmış mini-laboratoriyalarda tərkibinə kimyəvi əlavələr qatmaqla yenidən İrana və ordan Azərbaycana və başqa ölkələrə göndərilir: «Bu məlumatlar cinayət işlərinin istintaq materialları (əsl, maddə)və alınmış ifadələrlə təsdiqlənib».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar