SON XƏBƏRLƏR

İran parlamentində müxalif liderlərə ölüm şüarı səsləndirildi

2021.10.20, 07:36
İran parlamentində müxalif liderlərə ölüm şüarı səsləndirildi

Gunaz.tv

GünAz TV: Fevralın 15-də (bəhçənin 26-i) İran parlamentinin iclasında müxalifət liderləri Mirhüseyn Musəvi, Mehdi Kərrubi və Məhəmməd Xatəmiyə qarşı ölüm şüarları səsləndirilib. 

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  parlament sədri Əli Laricani müxalifətin fevralın 14-də Tunis və Misir xalqlarının inqilabına dəstək məqsədi ilə keçirdiyi yürüşü pisləyərək müxalifət rəhbərlərinə qarşı ciddi və kəskin tədbir görülməsini tələb edib.

 

Əli Laricaninin çıxışından sonra deputatlar (millət vəkilləri) “Musəviyə ölüm”, “Kərrubiyə ölüm”, “Xatəmiyə ölüm”, “Musəvi və Kərrubi edam olunmalıdır” şüarları səsləndiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar