SON XƏBƏRLƏR

İranın müxtəlif şəhərlərində yürüş olub, Ölən və yaralanlar var (Video Görüntü)

2021.10.20, 07:36
İranın müxtəlif şəhərlərində yürüş olub, Ölən və yaralanlar var (Video Görüntü)

Gunaz.tv

GünAz TV: İranın paytaxtı Tehran şəhərində etiraz aksiyası keçirilib. Aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan da istifadə edilib.

GünAz TV mətbuat mərkəzinin “Azadlıq radiosu”na istinadən yaydığı məlumata görə, Etiraz aksiyası iştirakçıları və polis arasında toqquşma baş verib. Toqquşma nətəcəsində bir nəfər ölüb, bir neçə şəxs isə xəsarət alıb.

 

İran höküməti aksiya iştirakçıları ilə polisin toqquşması zamanı silahdan istifadə edənlərin təxribatçı olduğunu iddia edib. İranın bəzi müxalifyönümlü mətbuat orqanlarının verdiyi məlumata görə isə aksiyaçılara atəş açanlar motosikletlə meydana daxil olan naməlum şəxslər olub.

 

Aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan da istifadə edilib. Mitinq dağıdılan zaman onlarla insan saxlanılıb. Aksiyalar Tehranla yanaşı, İranın İsfahan, Şiraz, və Kirmanşah şəhərlərində də baş tutub.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar