SON XƏBƏRLƏR

Tehranda növbəti Etiraz Aksiyaları başlayıb

2021.10.20, 07:36
Tehranda növbəti Etiraz Aksiyaları başlayıb

Gunaz.tv

GünAz TV: Fevralın 14-də (bəhmənin 25-i) paytaxt Tehranın əsas küçə və meydanları polis və təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb.

Səbəb İran müxalifətinin Tehranda Tunis və Misir xalqlarının üsyanına dəstək yürüşü keçirmək istəyidir.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumatına görə, paytaxt küçələrinə polis qüvvələrinin yerləşdirilməsinə baxmayaraq saat 15-də Tehranın Sadiqiyyə, Firdovsi və İmam Hüseyn meydanlarında, eləcə də İnqilab, Vəliəsr, Qeytəriyyə, Ariyaşəhr, Narmək və digər küçələrdə “Allahü Əkbər” və “Diktatora ölüm” şüarları ilə yürüş başlayıb.

Bildirilir ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvinin evinə gedən küçənin bütün yolları sübh saatlarından qapadılıb. Musəvinin xanım Zəhra Rəhnəvərd iki dəfə evdən çıxmaq istəsə də, qapıda keşik çəkən təhlükəsizlik qüvvələri buna imkan verməyiblər.

Başqa bir xəbərə görə, sübh saatlarında Tehranın Qəsr dörd yolunda gənc bir qız hündür kranın başına çıxaraq İrandakı “yaşıl hərəkat”ın lehinə şüarlar səsləndirib. Təhlükəsizlik qüvvələri onu aşağı endirməyə çalışsalar da, buna nail olmayıblar. Aksiyaçı bildirib ki, polis qüvvələri ona yaxınlaşmağa cəhd göstərsələr, özünü krandan yerə atacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar