SON XƏBƏRLƏR

İran müxalifəti Tehranda bulunan Türkiyə prezidentini yürüşə qatılmağa çağırıb

2021.10.20, 07:36
İran müxalifəti Tehranda bulunan Türkiyə prezidentini yürüşə qatılmağa çağırıb

Gunaz.tv

GünAz TV: İranın müxalif liderlərindən Mirhüseyn Musəvinin mühacirətdə yaşayan müşaviri Ərdəşir Əmir Ərcmənd jurnalistlərə açıqlamasında Tehranda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gülü Tunis və Misir xalqlarının üsyanına dəstək yürüşünə qatılmağa dəvət edib. Yürüş fevralın 14-nə (bəhmənin 25-i) təyin olunub.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, İran xalqının yüksək siyasi yetkinliyə çatdığını vurğulayan Ərdəşir Əmir Ərcmənd müxalifət liderlərinin yürüşə qatılmaq istədiyini bildirib: “Mirhüseyn Musəvi və Mehdi Kərrubiyə mane olmasalar, hər ikisi xalqla çiyin-çiyinə yürüşə qatılmaq istəyir. Lakin onlara qoyulan məhdudiyyətlər davam edir. Bir sutkadır (24 saat) ki, Musəvi və Kərrubidən xəbərimiz yoxdur. Onların öz tərəfdarları ilə bütün telefon xətlərini və digər əlaqə yollarını kəsiblər.

İranda hakimiyyət Tunis və Misir xalqlarının qiyamına dəstək verib. Elə buna görə də xalqın hakimiyyətdən gözlədiyi odur ki, yürüşə qarşı çıxmasın. Biz İranda səfərdə olan Türkiyə prezidenti Abdulla Gülə də ümid bəsləyirik. Türkiyə və onun rəhbərləri bundan əvvəl Tunis və Misir xalqlarının inqilabına, azadlıq uğrundakı mübarizəsinə dəstək veriblər. Məhz buna görə də istərdik ki, cənab Gül aksiyaçılara qatılaraq İran xalqı ilə bərabər bir daha Misir xalqının azadlığına dəstək versin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar