SON XƏBƏRLƏR

Güney Azərbaycan İranın daha bir nəhəng layihəsindən kənarda qaldı

2021.10.20, 07:36
Güney Azərbaycan İranın daha bir nəhəng layihəsindən kənarda qaldı

Gunaz.tv

GünAz TV: İran Dəmir Yollarını inkişaf etdirir. Bu barədə Çinlə 13 milyard dollar dəyərində müqavilə imzalanıb.

 

İran daşımacılıq yollarının inkişafı şirkətinin müdir-məsulu cənab Məsud Rahnima xəbəri təsdiq edərək bildirib ki, bu müqavilə 5300 kilometrdən artıq reys (reyl) xəttinə şamil ediləcək.

 

Nəqliyyat nazirinə bağlı olan şirkətin müdir-amili bəyan edib ki, adını çəkdiyimiz müqavilə Çinin yüksək rütbəli heyətinin İrana səfəri zamanı imzalanıb.

 

Məsud Rahnima layihənin şamil edildiyi bölgələrin adınıda təfərrüatı ilə açıqlayıb.

 

Diqqətə layiq məqam ondan ibarətdir ki, layihəyə əsasən çəkiləcək olan hızlı (sürətli) qatar reysləri xəttləri sırasında qətiən Azərbaycan bölgələri yer almayıb. Bununlada Azərbaycanın bir daha fars şovinizminin qərəzli siyasətinin hədəfində olduğunun şahidi oluruq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar