SON XƏBƏRLƏR

Ayət Mehrəlibəylinin azad olacağı ilə bağlı xəbər yayılıb

2021.10.20, 07:36
Ayət Mehrəlibəylinin azad olacağı ilə bağlı xəbər yayılıb

Gunaz.tv

GünAz TV: Təbrizin mərkəzi zindanında həbsdə saxlanılan Azərbaycanlı milli-mədəni fəal cənab Ayət Mehrəlibəylinin (Yürüş) azad olacağı ilə bağlı xəbər yayılıb.

 

Dünən bazar günü xəbəri eşidən bir qrup fəal, azərbaycanın müxtəlif şəhərindən gəlib və Təbrizin mərkəzi zindanının qarşısında cənab Mehrəlibəylini qarşılamaq istəyiblər. Məlumata görə, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları zindan qarşısında toplaşan azərbaycanlı fəallardan şəkil çəkib və onları zindanın qarşısından uzaqlaşmağa çağırıblar.

 

Daha bir xəbərə əsasən zindan məsurları cənab Mehrəlibəylinin yolunu gözləyən fəallara bildiriblər ki, onun azad edilməsi ilə bağlı Məhkəmə tərəfindən heç bir sənəd əldə olunmayıb. Onlar əlavə ediblər ki, Zəmanət məsələsində problem var və onun dosyasına hələ baxılmalıdır.

 

Xatırladaq ki, Cənab Ayət Mehrəlibəyli 2010-cu il may ayının 10-da (1389-cu il ordibeheşt ayının 20-i) Sofiyanda yaxalanıb və Təbrizin ETTELAAT idarəsinə aparılıb. o hazırda Təbrizin mərkəzi zindanında həbsdə saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar