SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Yunis Süleymaninin təhsilinin davamına qadağa qoyulub

2021.10.20, 07:36
Azərbaycanlı fəal Yunis Süleymaninin təhsilinin davamına qadağa qoyulub

Gunaz.tv

GünAz TV: Azərbaycanlı öyrənci fəal cənab Yunis Süleymani İranın Təhlükəsizlik Qüvvələri tərəfindən təhsildən məhrum edilib.

 

Cənab Yunis Süleymani 5 ay müvəqqəti həbsdə saxlanılıb, o vaxtkı məzənnəyə görə 220000 dollarlıq (220 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxıldıqdan sonra Həmədan Universitetindən uzaqlaşdırılmaqla bərabər Maqistr üçün alacağı təhsildən də məhrum edilib.

 

Həmədanın Buəli Sina universitetinin inqizabi komitəsi bir məktub vasitəsi ilə biologiya üzrə təhsil alan Süleymaninin, universitetdən çıxarıldığını bildirib.

 

Həmçinin adını çəkdiyimiz azərbaycanlı öyrənci fəal siyasi elmlər üzrə maqistr pilləsinə keçməkdən də məhrum edilib. Məlumata görə, cənab Süleymani tələbələrin qəbulu üzrə səlahiyyətli orqana müraciət edincə tühlükəsizlik qüvvələrinin nümayəndələri ilə rastlaşıb. Onlar onun təhsildən təmami ilə uzaqlaşdırıldığını bildiriblər və vurğulayıblar ki, bu zəmində israr edəcəyi təqdirdə ona qarşı ciddi təhlükəsizlik tədbirləri alınacaq və bununlada təhdid ediblər.

 

Xatırladaq ki, Adını çəkdiyimiz milli-mədəni fəal Azərbaycanın tanınmış öyrənci fəallarından sayılır. O Həmədanın Buəli Sina univerisitetinin öyrəncisi və “Ildırım” öyrənci dərgisinin sabiq məsuludur.

 

Cənab Süleymani həbsdə qaldığı müddətdə elektrik şok və işgəncələr altında ürək krizi keçirib və sağlamlığını itirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar