SON XƏBƏRLƏR

Mübarəkin istefasına dünya rəsmiləri öz münasibətlərini bildirdi

2021.10.20, 07:36
Mübarəkin istefasına dünya rəsmiləri öz münasibətlərini bildirdi

Gunaz.tv

GünAz TV: Misir prezidenti Hüsnü Mübarəkin tutduğu vəzifədən istefa verərək ayrılmasına dünya rəsmiləri öz münasibətlərini bildirib.

Ümumi qənaət isə hamının bu istefadan razı qalması istiqamətindədir.

Türkiyə Baş Nazirliyini  rəsmi internet saytı: “Misir xalqının iradəsinin əks olunacağı, konstitusiyaya (Ana yasa) söykənən demokratiyaya keçilməsini arzu edirik”.

Xarici işlər naziri Əhməd Davudoğlu ictimai şəbəkə saytı olan “Twitter” hesabında bu istefanın misirlilər üçün xeyirli olmasını təmənna edib. “Misir güclü bir dövlətdir. Ümidvaram ki, xalqın tələblərini qarşılayacaq təşəkkül meydana gələcək”.

ABŞ (Amerika Birləşmiş Ştatları) vitse-prezidenti (prezident müavini) Cozef Bayden: “Misir xalqı üçün tarixi bir gündür”.

AB: “İstefa verərək islahatların qarşısını açdı”.

Almaniya kansleri A. Merkel: “İstefa verərək xalqa xidmət etdi”.

“Ərəb Liqası”nın baş katibi Əmr Musa: “Mübarəkin getməsi bəyaz inqilabdır”.

İran: “Bu misirlilərin böyük qələbəsidir”.

“Həmas”: “Misirdə inqilab başlayıb. Bunu razılıqla qarşılayırıq”.

İsrail: “Ümidvarıq ki, demokratiyaya keçiş qansız təmin olunacaq. Misirlə olan sülh razılaşmamızın pozulmamasını ümid edirik”.

“Müsəlman Qardaşlar”: “Vəədini yerinə yetirən orduy təşəkkür edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar