SON XƏBƏRLƏR

İranın qazı boru kəmərlərində partlayış olub

2021.10.20, 07:36
İranın qazı boru kəmərlərində partlayış olub

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin Milli-az-a istinadən yaydığı məlumata görə, Qum şəhərinin yaxınlığında üç qaz boru kəmərində partlayışlar olub.

İranın mərkəzindəki Qum şəhəri yaxınlığında üç qaz boru kəmərində eyni vaxtda partlayışlar olub.  

Həmin kəmərlərlə təbii qaz nəqli dayandırılıb.

"Mehr"in verdiyi xəbərə görə, "Sələmçəgan" qaz yataqları blokundan 25 km şimaldakı qaz boru kəmərlərindəki partlayışların texniki nasazlıq nəticəsində meydana gəlmədiyi bəyan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar