SON XƏBƏRLƏR

Dünya azərbaycanlılarının 3-cü qurultayının keçiriləcəyi vaxt müəyyənləşdi

2021.10.20, 07:36
Dünya azərbaycanlılarının 3-cü qurultayının keçiriləcəyi vaxt müəyyənləşdi

Gunaz.tv

GünAz TV: Bu ilin iyul (jule) ayında Bakıda Dünya azərbaycanlılarının III qurultayı keçiriləcək. Bu barədə Diasporlarla İş üzrə Dövlət Komitəsindən məlumat ayılıb.

Məlumata görə, qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək. Bundan başqa, milliyyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsilçiləri, parlament üzvlərinin də Qurultaya qonaq qismində dəvət olunması planlaşdırılır.

Toplantıda Dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlər müzakirə olunacaq, eyni zamanda Azərbaycan diasporunun müasir dövrdə qarşısında duran vəzifələr, fəaliyyət perspektivləri (çeşm əndzar) ilə bağlı fikir mübadiləsi aparılacaq.

Artıq Dünya azərbaycanlılarının III qurultayının təşkili ilə bağlı tədbirlər planı hazırlanıb və işçi qrup yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar