SON XƏBƏRLƏR

Sıra Əlcəzairə keçir

2021.10.20, 07:36
Sıra Əlcəzairə keçir

Gunaz.tv

GünAz TV: Paytaxtda aksiyaların qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər edildi.

Əlcəzairdə də hakimiyyəti təlaş bürüyüb. Keçirilən aksiyaları dayandırmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbərliyə alınıb. Bu barədə Lent.az “BBC”yə istinadən xəbər yayıb.

 

Əlcəzair şəhərinə minlərlə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hökumət aksiyaları qadağan etsə də, müxalifətçilər və hüquq müdafiəçilərinin təşkilatçılığı ilə insanlar küçələrə çıxır, həyat şəraitlərinin yaxşılaşdırılmasını, hüquq və azadlıqların genişləndirilməsini tələb edirlər.

 

Qeyd edək ki, dünən Əlcəzair polisi Misir prezidenti Hüsnü Mübarəkin istefa qərarını açıqladıqdan sonra bu hadisəni qeyd etmək üçün küçə və meydanlara axışan kütlələrin qarşısını almaqda çətinlik çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar