SON XƏBƏRLƏR

İran parlamentinin millət vəkili Azərbaycan hökumətinə qarşı sərt bəyanat səsləndirib

2021.10.20, 07:36
İran parlamentinin millət vəkili Azərbaycan hökumətinə qarşı sərt bəyanat səsləndirib

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan əyalətinin (ostanın) Həştrud və Çaroymaq şəhərlərindən İran parlamentinə deputat (millət vəkili) seçilmiş Qafar İsmaili fevralın 10-da Təbrizdə jurnalistlərə açıqlama verib.

O, Azərbaycan Respublikasının (Cümhuriyyətinin) hakimiyyətinə qarşı sərt bəyanatlar səsləndirib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Qafar İsmaili deyib: “Orta məktəblərdə hicaba qadağa qoyulması Azərbaycan hökumətinin bəzi eqoist və zülmkar hökumətlər qarşısında özünü itirməsi deməkdir. Bu addım ölkə konstitusiyasına (Ana yasa), insan hüquqlarına zidd hərəkətdir.

 

Azərbaycanın uzun illər rus hegemonluğu altında olmasına baxmayaraq əhali öz əqidəsini qoruyub saxlayıb. Bu gün Azərbaycan Respublikası müsəlman ölkə sayılır. Elə buna görə də bu ölkənin hökuməti müsəlmanların əqidə və inancına hörmətlə yanaşmalıdır. Lakin Azərbaycanda hicaba qoyulan qadağa davam etsə, bu ölkə hökumətinin taleyi Rza Xanın (İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin atası – red.) taleyindən yaxşı olmayacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar