SON XƏBƏRLƏR

Güney Azərbaycanda internet problemi davam edir

2021.10.20, 07:36
Güney Azərbaycanda internet problemi davam edir

Gunaz.tv

GünbAz TV: Misir və Tunisdə baş verən hadisələrdən sonra internet İranın müxtəlif bölgələrində xüsusi ilə Azərbaycanda normal işləmir.

 

İran və xüsusi ilə Güney Azərbaycanda gözlənilən kütləvi aksiyalar İran rejimini interneti kəsməyə vəya sürətini kəskin aşağı salmaya məcbur edib.

 

Aldığımız məlumata görə, internetdə yaranan problem 10 gündür davam edir. Artıq Urmu şəhərində bir neçə internet klub məlum problemdən dolayı işləməməyə qərar veriblər.

 

Şərhçilər internetdə yaranan problemi, İran rejiminin kütləvi aksiyalardan çəkindiyi ilə əlaqələndirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar