SON XƏBƏRLƏR

Məhkəmə Hüseyn Əliməhəmmədi Əlvara bəraət verib

2021.10.20, 07:36
Məhkəmə Hüseyn Əliməhəmmədi Əlvara bəraət verib

Gunaz.tv

GünAz TV: Təbriz məhkəməsi Azərbaycanlı fəal cənab Hüseyn Əliməhəmmədi Əlvara qarşı irəli sürülən ittihamları əsassız sayıb və azərbaycanlı fəala bəraət qazandırıb.  

 

2010-cu il may ayının 4-ü (1389-cu il ordibeheşt ayının 14-ü) Təbrizdə öz ata evində yaxalanan fəal, 1 ay həbsdə saxlanıldıqdan sonra müvəqqəti azadlığa buraxılmışdı.

 

Təbriz Məhkəməsi Cənab Əliməhəmmədi Əlvarın dosyasına baxıb və onun vəkili Nağı Mahmudinin "“Traxtur” futbol taxımını (timini) dəstəkləmək suç deyil" dəlili ilə razılaşıb və bununlada müttəhimə Ümumi Asayişi Pozmaq ittihamından bəraət verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar