SON XƏBƏRLƏR

İrandan Ermənistana çəkilən qaz kəməri istifadəyə verilib

2021.10.20, 07:36
İrandan Ermənistana çəkilən qaz kəməri istifadəyə verilib

Gunaz.tv

GünAz TV: İran-Ermənistan iqtisadi-ticarət əlaqələrində mal dövriyyəsi və turizm sahəsində inkişaf qeydə alınır.

ANS RRESS-in "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, bunu İranın Ermənistandakı səfiri Seyyid Əli Saqayan bildirib.

Onun sözlərinə görə, ötən il Ermənistana 100 min nəfər iranlı turist gəlib. O bildirib ki, iki ölkə arasında iqtisadi və energetika sahəsində proqramlar həyata keçirilib və həyata keçirilir: “Artıq İrandan Ermənistana çəkilən qaz kəməri istifadəyə verilib. Təbii ki, hər hansısa layihəni reallaşdırarkən problemlər olur, amma onlar işi irəli aparmaq üçün heç də mane olmurlar. Misal üçün, ötən həftə İranda biz Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyanla İran neft məhsullarının Ermənistana nəql olunması üçün boru kəmərinin tikintisi məsələsinə dair razılaşma əldə etdik”.

Səfirin sözlərinə görə, boru kəməri İranın Təbriz şəhərindən keçərək Ermənistan sərhədinə qədər uzanacaq və bu da Ermənistanın neftə olan təlabatını qismən ödəməyə imkan verəcək: “Boru kəmərinin İrandan keçən hissəsini İran tərəfi maliyyələşdirəcək. Kəmərin Ermənistandan keçən hissəsini isə özəl şirkətlərin vasitəsi ilə Ermənistan tərəfi maliyyələşdirəcək. Ümid edirik ki, yaxın zamanlarda qəti razılaşma əldə olunacaq və kəmərin tikintisi başlanılacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar