SON XƏBƏRLƏR

Türkmənçay müqaviləsi 183 il öncə Azərbaycanı ikiyə böldü

2021.10.20, 07:36
Türkmənçay müqaviləsi 183 il öncə Azərbaycanı ikiyə böldü

Gunaz.tv

GünAz TV: Azərbaycanı 2 hissəyə parçalayan Türkmənçay müqaviləsinin imzalanmasından bu gün 183 il ötür.

Bu müqavilə nəyə xidmət edirdi və Azərbaycanın taleyində nə kimi rolu oldu. 183 il öncə baş verənlərə birgə nəzər salaq. Düz 183 il əvvəl Azərbaycan Rusiya ilə İran arasında ikiyə bölündü. 1828-ci il, fevralın 10-da Türkmənçay kəndində imzalanan müqavilədən ən çox qazanan isə ermənilər oldu. Məhz bu müqavilənin imzalanmasından sonra bədnam qonşularımız özlərinə regionda (bölgədə) yer eləməyə başladılar. Müqavilənin 15-ci maddəsində nəzərdə tutulduğu kimi ermənilər Azərbaycanın şimal bölgəsinə köçürüldü. 30 ilə yaxın Çar Rusiyasına qarşı mübarizə aparan İrəvan xanlığının ərazisi və xüsusən İrəvan şəhəri onlara güzəştə gedildi. Bu tarixi ədalətsizlik uzun əsrlər boyu Azərbaycana qarşı yürüdülən siyasətin davamı idi. Ölkənin parçalanması milli həmrəyliyə və xalqın psixologiyasına (psikolojisində) da böyük zərbə vurdu. İndi isə o yaraları sağaltmaq üçün xalqımız özünə güvənməlidir. Çünki artıq onun müstəqil dövləti var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar