SON XƏBƏRLƏR

Misirdə yenidən qanlı toqquşmalar olub

2021.10.20, 07:36
Misirdə yenidən qanlı toqquşmalar olub

Gunaz.tv

GünAz TV: Misirin cənub-qərbində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmada azı üç nümayişçi həlak olub, bir neçə nəfər isə yaralanıb.

GünAz TV mətbuat mərkəzinin VOA-ya istinadən yaydığı məlumata görə,  bu arada BMT (Sazemane Meləle Mottəhed) yanvarın 25-də baş qaldıran üsyan əsnasında azı 300 adamın öldüyünü xəbər verir.

İki gün öncə on minlərlə insan yenidən Təhrir meydanına toplaşaraq prezidenti Hüsni Mübarəkin dərhal istefa verməsini tələb ediblər. Meydanda gecələyən nümayişçilər şəhərin mərkəzini tərk etməkdən imtina edirlər. Nümayişçilər israrla azadlıq istədiklərini deyirlər.

Başqa fəallar Misir parlamentinə yürüş keçiriblər. Onlar ötən il saxtakarlıqlarla müşayiət olunan seçkilər nəticəsində parlamentə seçilmiş qanunvericilərin istefa verməsini və parlamentin buraxılmasını tələb edirlər.

Vitse-prezident (president müavini) Ömər Süleyman nümayişçilərə müraciət edərək etiraz aksiyalarına son qoyulmasını tələb edib. BMT baş katibi Pan Gi Mun isə Misir hökumətini xalqa qulaq asmağa çağırıb. “Hökumət liderləri xalqın səsinə qulaq asmalıdırlar və keçid olmalıdır. Onlar bunu nə qədər tez etsələr bir o qədər ölkənin gələcəyi üçün yaxşı olar,” deyə baş katib bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar