SON XƏBƏRLƏR

İran səfirliyinin qarşısında növbəti etiraz aksiyası: "Qaniçənlə qucaqlaşan ölkəyə ar olsun"

2021.10.20, 07:36
İran səfirliyinin qarşısında növbəti etiraz aksiyası: "Qaniçənlə qucaqlaşan ölkəyə ar olsun"

Gunaz.tv

GünAz TV: Dünən Fevralın 9-da bir qrup Qarabağ müharibəsi veteranı, Beynəlxalq Diaspora Mərkəzinin və gənclər təşkilatının üzvləri İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Bu eyn gündə keçirilən iki etiraz aksiyasından biridir.

aksiya iştirakçıları "Qarabağ Azərbaycanındır, Azərbaycanın olacaq", "Güneydəki azərbaycanlılara məktəb açılsın", "Qaniçənlə qucaqlaşan ölkəyə ar olsun", "Azərbaycanın daxili işlərinə qarışmayın" kimi şüarlar səsləndiriblər. Çıxış edənlər bildiriblər ki, İran işğalçı Ermənistana dəstək verir, bu isə qəbulolunmazdır. "Güneydəki azərbaycanlıların haqları tapdalanır. Onlara Azərbaycan dilində məktəb açılmır. İran bu əməllərinə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmamalıdır" - deyə, aksiya iştirakçıları bildiriblər. Bu barədə Lent.az məlumat yayıb.

 

Polis aksiyaya müdaxilə edib, etirazçıları səfirlik qarşısından 10 metrədək uzaqlaşdırıb, 2 nəfər isə saxlanılıb. Aksiyanın qətnaməsi oxunduqdan sonra səfirliyə təqdim olunub.

 

Aksiya zamanı iştirakçılardan Qarabağ müharibəsi veteranı Arif Məhərrəmovun vəziyyəti qəfildən pisləşib, onu poliklinikaya aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar