SON XƏBƏRLƏR

ETTELAAT Urmu əhalisinə şübhəli SMSlər göndərib

2021.10.20, 07:36
ETTELAAT Urmu əhalisinə şübhəli SMSlər göndərib

Gunaz.tv

GünAz TV: Dünən Güney Azərbaycanın Urmu şəhərində soydaşlarımız  şübhəli SMS-lər qəbul ediblər.

 

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən yayılan SMSlərdə belə qeyd olunub: “Dəheye Fəcr münasibəti ilə ETTELAAT Nazirliyi 113 nömrəsi vasitəsi  ilə Run Arad sionizm qurumu barədə xəbər qəbul etməyə hazırdır.”

 

ETTELAATın keçmişini yaxşi bilən soydaşlarımız bu SMSləri adi qəbul etmirlər. Onlara görə, ETTELAAT kimlərisə tutub və onlara təzyiq göstərmək üçün zəmin yaradır.

 

Xatırladaq ki, Run Arad İsrailli pilotdur (xələban). Onun bir neçə il öncə Livanda (Lübnan) uçağı düşərkən İran tərəfdarları əlində əsir olduğu güman edilir. Los-Anceles telekanalları bir neçə dəfə vurğulayıblar ki, onun barəsində xəbər verən şəxsə milyonlar dollar mükafat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar