SON XƏBƏRLƏR

Əhmədinejadın İrəvana,Sərkisyanın isə Tehrana səfərləri plandaşdırılır

2021.10.20, 07:36
Əhmədinejadın İrəvana,Sərkisyanın isə Tehrana səfərləri plandaşdırılır

Gunaz.tv

GünAz TV: Yaxın vaxtlarda İran prezidenti Mahmud Əhmədinejad Ermənistana səfər etməyi planlaşdırır. Mahmud Əhmədinejadın ziyarəti yaxın vaxtlara planlaşdırılır.

ANS PRESS-in Ermənistan kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu haqda İranın Ermənistandakı səfiri Seyid Əli Saqayan məlumat verib.

İranlı diplomatın sözlərinə görə, Əhmədinejad İrəvana səfər etdikdən sonra Ermənistan dövlət başçısı da buna cavab olaraq İranda Novruz bayramı ilə bağlı təşkil ediləcək təbirlərdə iştirak etmək məqsədi ilə İrana səfər edəcək.

Seyid Əli Saqayan həmçinin məlumat verib ki, Ermənistan və İranın parlament spikerləri (sədrləri), eləcə də digər rəsmi şəxslərin ikitərəfli səfərləri nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar