SON XƏBƏRLƏR

Misirdə etiraz aksiyaları davam edir

2021.10.20, 07:36
Misirdə etiraz aksiyaları davam edir

Gunaz.tv

GünAz TV: “Müsəlman qardaşları” hərəkatının rəhbərlərindən biri Essam əl-Eriyan  prezident  Hüsnü Mübarək və onun ətrafına hakimiyyətdən getməyə bir həftə vaxt verib.

Essam əl-Eriyan həmçinin vurğulayıb ki, Hüsnü Mübarəkin istefaya gedəcəyi təqdirdə “Müsəlman-qardaşları” təkbaşına hakimiyyətə gəlməyə cəhd göstərməyəcəklər. Onun sözlərinə görə, təşkilat geniş parlament koalisiyasının yaradılmasına səy göstərəcək.

Bununla yanaşı, Misirin vitse-prezidenti  (Prezident müavini) Ömər Süleyman Hüsnü Mübarəkin könüllü olaraq postundan getmək imkanını rədd edib. O, bəyan edib ki, dialoq gedişində mövcud vəziyyətdən çıxış yolu tapılmalıdır. Digər metodlar dövlət çevrilişi kimi qiymətləndiriləcək.

İndi aksiyalar yalnız Qahirənin Təhrir meydanında deyil, Misir parlamentinin yaxınlığında da davam edir. İTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar