SON XƏBƏRLƏR

İranın Azərbaycandakı səfirliyi qarşısında daha bir aksiya keçirilib

2021.10.20, 07:36
İranın Azərbaycandakı səfirliyi qarşısında daha bir aksiya keçirilib

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyası bu gün İran İslam Respublikasının (Cümhuriyyətinin) Azərbaycandakı səfirliyinin qarşısında piket (aksiya) keçirib.

Partiyanın mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, piketin keçirilməsinə səbəb İranın siyasi dairələrində və “Səhər-2” telekanalında Azərbaycan Respublikası və xalqı əleyhinə təhqarmiz ifadələrin işlədilməsidir. Təxminən 50 nəfərlik piket iştirakçıları əvvəlcə M.F.Axundov bağı ətrafında toplaşaraq “Azərbaycana qarşı təxribatlara son qoyulsun”, “Fars şovinizminə ar olsun”, “Əhmədinejad şaşırma, səbrimizi daşırma” yazılmış plakatlar və bayraqlarla İran səfirliyinə doğru irəliləyiblər.

GünAz TV mətbuat mərkəzinin “Milli-az”-a istinadən yaydığı məlumata görə, İran səfirliyi qarşısında şüarlar səsləndirildikdən sonra AMDP sədrinin müavini Pərviz Elay piketin bəyanatını oxuyub. Bəyanatda deyilir ki, İranın siyasi dairələri və “Səhər-2” telekanalı Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı təhqir, iftira və ideoloji təxribat  kampaniyası aparır: “Son zamanlar öz daxilində  edam, vəhşət, insan hüquqlarının  tam pozulması ilə müşayiət olunan, 30 milyondan çox Azərbaycan türkünü və digər qeyri-fars xalqlarını əzən İran dövləti indi də təxribatla məşğuldur. Cənubi Qafqazda türk və digər müsəlman xalqlarına zülm etməkdə olan “Ermənistan” adlı qondarma quruma yardımını birə on qat artıran İran müsəlmançılıqdan dəm vursa da, erməni xristianları (məsihiləri) ilə işbirliyində və qardaşlığındadır”. Partiya İranın Azərbaycana qarşı qeyri-dost hərəkətlərə son qoymasını, “Səhər-2” telekanalının ölkəmizə qarşı təxribatlarının dayandırılmasını tələb edir.

Piket zamanı Səbail RPİ-nin 9-cu polis bölməsinin əməkdaşları partiya üzvlərindən 10 nəfərini saxlayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar