SON XƏBƏRLƏR

Azərbaycan istehsalı olan « döyüş maşınları yaxın vaxtlarda Silahlı Qüvvələrə təhvil veriləcək

2021.10.20, 07:36
Azərbaycan istehsalı olan « döyüş maşınları yaxın vaxtlarda Silahlı Qüvvələrə təhvil veriləcək

Gunaz.tv

GünAz TV: Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) yaxın vaxtlarda 30 ədəd «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsini (MRAP) Silahlı Qüvvələrə təhvil verəcək.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Cənubi Afrika Respublikasının (Cümhuriyyətinin) «Paramount Group» şirkətinin lisenziyası (mücəvviz) əsasında MSN-in müəssisəsi ilə birgə Bakıda qeyd olunan sayda hərbi nəqliyyat vasitəsi yığılaraq istismara hazır vəziyyətə gətirilib. Hazırda texnikaların üzərinə silahların qurulması və digər kiçik həcmli işlər yerinə yetirilir.

Əsasən 14,5 və 12,7 çaplı pulemyotlarla (bir növ müsəlsəl silahı) təchiz olunacaq nəqliyyat vasitələri «V» formalı şassiyə malikdir. Onlar tank əleyhinə minaların partlaması halında belə şəxsi heyəti qəlpələrdən (tərkeşlərdən) və partlayışın təsirlərindən mühafizə edir.

Qeyd edək ki, «Matador» 14 (12+2), «Marauder» isə 10 (8+2) personal daşıya bilir. Texnikaların partlayışa tab gətirmə imkanları isə müvafiq olaraq 21 kq TNT və 14 kq TNT-dir. Balistik müdafiə sisteminə malik olan bu döyüş maşınları şəxsi heyəti 7,62 mm çaplı güllələrdən qoruya bilir. «Matador» STANAG 4569 Level 4a və STANAG 4569 Level 4b, «Marauder» isə STANAG 4569 Level 3a və STANAG 4569 Level 3b standartlarına uyğundur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar