SON XƏBƏRLƏR

Tehranda sünnilərin namazxanası qapadıldı

2021.10.20, 07:36
Tehranda sünnilərin namazxanası qapadıldı

Gunaz.tv

GünAz TV: İran paytaxtı Tehranda sünni məzhəbli müsəlman vətəndaşların bir yerə toplaşıb namaz qıldığı, dini ritualları yerinə yetirdiyi namazxana bağlanıb.

Hadisə bir neçə gün əvvəl baş versə də, bununla bağlı xəbər yenicə yayılıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, ETTELAAT əməkdaşları Tehranın Səadətabad küçəsində yerləşən namazxananı fevralın 6-da bağlayıblar, namazxananın imamı mövləvi Übeydullah Musazadəni isə tutub bilinməz istiqamətə aparıblar.

İran sünnilərinə məxsus “Sunnionline” saytının məlumatına görə, ETTELAAT əməkdaşları sünnilərin paytaxtdakı digər iki namazxanasının imamlarından da hər iki namazxananı bağlamağı tələb ediblər.

Saytın yazdığına görə, İran İslam Cümhuriyyətinin qurulmasından 32 il keçsə də, sünni vətəndaşların Tehranda özlərinə məxsus məscid açmasına icazə verilmir. Sayt bildirir ki, sünni vətəndaşlar dini vəzifələri yerinə yetirmək üçün paytaxtda öz xərcləri ilə iki-üç zalı icarəyə götürüb orada namaz qılırlar, amma hökumət buna da mane olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar