SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı da qarışa bilər

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanı da qarışa bilər

Gunaz.tv

GünAz TV: «Facebook» ictimai paylaşma saytında təşkil edilən kampaniya rejim dəyişikliyi tələb edir.

Səudiyyə Ərəbistanı vətəndaşları da Yaxın Şərqi bürüyən etirazlar dalğası fonunda ayağa qalmaq qərarına gəliblər. Bir qrup vətəndaş ölkədə siyasi, iqtisadi və ictimai islahatların aparılması və xüsusilə konstitusiya (Ana yasa) monarxiyası tələbi ilə «Facebook» ictimai paylaşma saytında kampaniya təşkil ediblər.

«Xalq rejim dəyişikliyi istəyir» adı altında başlanan və artıq təxminən 2000 adamın üzv olduğu kampaniyada konstitusiya monarxiyasının yaradılması və ümumi seçkilərin təşkil edilməsi tələb edilir. Kampaniyada həmçinin Səudiyyə Ərəbistanında insan haqlarına hörmət göstərilməsi və qadın haqlarının tanınması, müstəqil və ədalətli məhkəmə sistemi, ölkənin təbii sərvətlərinin ədalətli şəkildə bölüşdürülməsi və işsizliyin aradan qaldırılması üçün tədbirlərin görülməsi də irəli sürülən tələblər sırasındadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar