SON XƏBƏRLƏR

Bir qrup Milli Hərəkat fəalı gündəmdəki siyasi proseslərə münasibət bildiriblər

2021.10.20, 07:36
Bir qrup Milli Hərəkat fəalı gündəmdəki siyasi proseslərə münasibət bildiriblər

Gunaz.tv

GünAz TV: Türkiyədə yaşayan bir qrup Azərbaycan Milli Hərəkat fəalı hazırda dünya gündəmində olan siyasi proseslərlə bağlı geniş Bəyanat yayıblar.

Bəyanat “Bizdə yaşamaq istəyirik” başlığı ilə başlayır. Bəyanatda Tunis və Misir xalqlarının diktaturaya qarşı azadlıq uğrunda apardıqları mübarizənin təfərüatı göstərilir və bu mübarizlər bir mənalı olaraq dəstəklənir.

 

Sudanda keçirilən referendum nəticəsində Güney Sudanlıların səsinin eşidilməsi də Milli Hərəkatçılar tərəfindən dəstəklənir.

 

Bəyanatın bir hissəsində isə 2011-ci il fevral ayının 14-ü (bəhmənin 25-i) Yaşıl Hərəkatçılar tərəfindən Tunis və Misir xalqları ilə dayanışma  günü kimi elan edilməsi də bəyənilir. Lakin qeyd olunur ki, Yaşıl Hərəkatçıların şüarı İran əhalisinin hamısını xüsusi ilə Güney Azərbaycanlıları əhatə etmir. Məhz buna görədə Yaşılçılar azərbaycanlıların dəstəyini ala bilmədilər.

 

Bəyanatda diqqət çəkən məqamlardan biridə İranın Azərbaycan Cümhuriyyətinə müdaxiləsinin məhkum edilməsidir. Qeyd olunub ki, İran müxtəlif bəhanələrlə Azərbaycan Cümhuriyyətinin daxili işlərinə müdaxilə edir və Azərbaycanın istiqlalına xələl gətirməyə çalışır. Ancaq biz Güney Azərbaycanlılar bütün şəraitdə müstəqil ölkəmiz olan Azərbaycan Cümhuriyyətimizi var gücümüzlə müdafiə edəcəyik.

 

Xatırladaq ki, önəmli məqamlarını çatdırdığımız Bəyanat fevral ayının 8-də (bəhmənin 19-u) yayılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar