SON XƏBƏRLƏR

“Traxtur” taxımından yazan məşhur yazıçı dünyasını dəyişib

2021.10.20, 07:36
“Traxtur” taxımından yazan məşhur yazıçı dünyasını dəyişib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanlıların xüsusi rəğbət bəslədiyi “Traxtur” futbol taxımının (timinin) dəstəyində dəyərli yazılarla çıxış edən yazıçımız dünyasını dəyişib.

 

“Adıyox Azərbaycanlı” adı ilə tanınan yazıçı, “Traxtur” taxımına tərəfdar saytlarda olduqca marağlı və mənalı yazıları ilə geniş oxucu auditoriyası toplamışdı.

 

Adını çəkdiyimiz yazıçı soydaşımızın ölümü ilə bağlı "“Traxtur” Tərəfdarları Birliyi" saytında məlumat verilib.

 

Bizdə dəyərli yazıçımızın vəfatını ilk növbədə onun hörmətli ailəsinə sonra Azərbaycanın idman (vərziş) aləminə baş sağlığı deyib, mərhumun çox sevdiyi “Traxtur” taxımına isə uğurlar arzulayırıq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar