SON XƏBƏRLƏR

Makıda milli-mədəni fəal Əli Hüseynnəjad həbs edilib

2021.10.20, 07:36
Makıda milli-mədəni fəal Əli Hüseynnəjad həbs edilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycananın Makı şəhəri sakini, milli-mədəni fəal cənab Əli Hüseynnəjad yaxalanıb və Makının zindanına aparılıb.

 

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları 2011-ci fevral ayının 3-də (1389-cu il Bəhmən ayının 14-ü) adını  şəkdiyimiz azərbaycanlı fəalı öz iş yerində yaxalayıb və həbsxanaya aparıblar.

 

Məlumata görə, cənab Hüseynnəjad hazırda Makı zindanının narkomanlar (motadlar) bölməsində ağır vəziyyətdə saxlanılır.

 

Qeyd edək ki, cənab Hüseynnəjad milli hüquqlar zəminində dinc fəaliyyətinə görə, keçmiş illərdə dəfələrlə təzyiqlərə məruz qalıb. O ağır işgəncələr altında aylarca həbsdə saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar