SON XƏBƏRLƏR

İranda Hökumət müxalifləri mitinq keçirəcək

2021.10.20, 07:36
İranda Hökumət müxalifləri mitinq keçirəcək

Gunaz.tv

GünAz TV: İran müxalifəti fevralın 10-də (bəhmənin 21-i) Tehranda mitinq (təzahurat) keçirəcək. 

İranda keçirilən sonuncu prezident seçkilərində namizəd olmuş, ölkədə “Yaşıllar hərəkatı”nın lideri sayılan Mirhüseyn Musəvinin tərəfdarlarının təşəbbüsü ilə keçiriləcək mitinqə keçmiş prezident Haşimi Rəfsəncani və prezidentliyə keçmiş namizəd Mehdi Kərrubini dəstəkləyənlər də qatılacaq.

Artıq mitinqin təşkilat komitəsi aksiya ilə bağlı İranın aidiyyəti hökumət qurumlarını məlumatlandırıb. İran vətəndaşları isə mitinqdə iştirak etməyə çağırılıb.

Aksiyada İranda söz azadlığı, insan hüquqları ilə bağlı şüarlar səsləndiriləcək, hökumətin iqtisadi siyasətinə etiraz ediləcək. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar