SON XƏBƏRLƏR

Rəfsəncani: Biz əminik ki, hazırkı üsyanlar Tunis və Misirlə məhdudlaşmayacaq

2021.10.20, 07:36
Rəfsəncani: Biz əminik ki, hazırkı üsyanlar Tunis və Misirlə məhdudlaşmayacaq

Gunaz.tv

GünAz TV: Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncani internetdə yerləşdirdiyi yazıda Tunis və Misir qiyamlarından danışıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Rəfsəncani deyib: “Tunis və Misir xalqlarının qaldırdığı üsyanların kökünü bu xalqların azadlıq və demokratiya uğrunda mübarizə ənənəsində axtarmaq lazımdır: “Heç bir diktator, xarici qüdrətlərin geniş dəstəyindən nə qədər bəhrələnsə də, xalq hərəkatının qarşısını ala bilməz. Necə ki İran şahı Məhəmməd Rza Pəhləvi o qədər iddiası və xarici himayədarı ilə xalqın mübarizəsinin qarşısında dayana bilmədi.

Biz əminik ki, hazırkı üsyanlar bu iki ölkə ilə məhdudlaşmayacaq və hələ də istibdad altında idarə olunan ölkələrdə yaşayan xalqların iradəsi və göz yaşları tezliklə zülmü kökündən qazacaq dəhşətli selə çevriləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar