SON XƏBƏRLƏR

Bəsiclər Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısına toplaşıblar

2021.10.20, 07:36
Bəsiclər Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısına toplaşıblar

Gunaz.tv

GünAz TV :Bir qrup Bəsic (Hökumət tərəfdarları – yarımsilahlı dəstələr), SEPAH (İran Keşikçilər Korpusu) üzvləri və kənar şəhərlərdən gətirilən öyrəncilər Təbrizdəki Konsulluğumuzun qarşısında toplaşıblar.

GünAz TV mətbuat mərkəzinin "Araz news"-a istinadən yaydığı məlumata görə, Onlar Azərbaycanın hicabla bağlı siyasətini məhkum edib və Azərbaycanın təhsil müəssisələrində hicaba qarşı qoyulan qadağanın ləğvini tələb ediblər.

 

İran muzdurları Təxminən 100 nəfərə yaxın olub. Onlar fars dilində “Hicabın qadağan edilməsi Qurana xəyanətdir”, “Müsəlman öyrəncilər sizi dəstəkləyirik”, “Hicaba qarşı olanlar – Ölümə məhkumdurlar” və ... kimi şüarlar səsləndirib və Azərbaycandan hicabla bağlı siyasətə yenidən baxmağı tələb ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar